210 min qaz sayğacı dəyişdirilib – “Azəriqaz”
“Bu gün 2,4 milyona yaxın abonent qaz sayğacları ilə təmin edilib. 2022-ci ilin əvvəlində 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub".
Redaktor.az xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisi Rövşən Mehiyəddinov deyib.
Şöbə rəisi qeyd etdi ki, qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir.
"Yəni burada sıfrlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”.
Nərmin VÜQARQIZI












