Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir

 13:52 07.10.2022     313

Hər birimizə məlum oduğu kimi Prezident cənab İlham Əliyev 30 Sentyabr 2022-ci il tarixində Bolqarıstana səfər etmişdir. Bu səfərin əsas iki məqsədi var idi. Birinci məqsəd Azərbaycan və Bolqarıstan arasındakı diplomatik münasibətlərin 30 ilinin tamam olması ilə əlaqədardır. İkinci səbəb isə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılış mərasimi idi.

Bu gün bütün Avropa dövlətləri Azərbaycan ilə enerji məsələlərinə dair tərədaşlıq etmək istəyirlər. Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmışdır. Həmin imzalanmış Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır.

Bolqarıstan müvəqqəti  hökümətinin rəhbəri Qılıb Donev çıxışı zamanı Yunanıstan – Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışladığını qeyd edib.

Prezident cənab İlham Əliyev çıxışı zamanı  enerji təhlükəsizliyi məsələsinin bütün dünya dövlətlərinin milli təhlükəsizliyinin bir hissəsi olmasını, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını, bildirib.

Uzun illər Azərbaycan Beynəlxalq bazarda və Avropa bazarında etibarlı neft təchizatçısı olub. Bu interkonnekor layihəsi ilə də etibarlı qaz təchizatçısına çevrilir. Çox qıs bir zamanda ölkəmiz Avropa dövlətləri üçün etibarlı elektrik enerjisi təchizatçısına da çevriləcək. Tək Xəzər dənizində təsdiq edilmiş Külək enerjisi sahəsində potensialımızın həcmi 157 qeqavatdır. Hal-hazırda avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparılır.

“Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da mühüm tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən