Ağsuda şəhidin xatirəsi yad edildi - FOTO

 13:52 08.10.2022     306

Bu gün  Ağsu rayonunda  torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən 44 günlük Vətən Müharibəsi döyüşlərində qəhramancasına döyüşərək şəhid olan Səmədov Hüseyn Müşviq oğlunun xatirəsinə həsr edilən  anım mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak edib.

İlk öncə şəhidimizin Ağsu rayon Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxundu. Tədbirdə çıxış edənlər şəhid Hüseyn Səmədovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs ediblər. Daha sonra tədbir şəhidimizin yaşadığı evdə təşkil olunmuş ehsan süfrəsi ilə davam etdirildi.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.

08.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Hüseyn Səmədov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tunar Altunbəy

222222