Sinif yoldaşı tərəfindən döyülən şagirddən xəbər var - FOTO

 23:24 08.10.2022     841

Xəbər verdiyimiz kimi Bakı şəhəri Sabunçu rayonunda yerləşən 112 saylı orta məktəbin sinif otağında şagirdin sinif yoldaşını döyməsi ilə bağlı videogörüntülər yayılmışdı.

Redaktor.az xəbər verir ki, sinif yoldaşı tərəfindən döyülən yeniyetmə "Xocalı İdman klubu"nda kikboks məşqlərinə başlayıb. Belə ki, ona idman klubunda özünü müdafiə üsulları öyrədiləcək.

Qeyd edək ki, yayılan görüntülərdən sonra Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev 112 saylı məktəbin direktor əvəzini işdən azad edib.