Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı

 11:11 10.10.2022     974

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisini təqaüdə göndərib. 

Redaktor.az xəbər verir ki, idarənin rəisi Mehriban Səadətxan öz istəyi ilə tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə çıxıb. 

Nazirin digər əmri ilə, qurumun Sənədlərlə iş şöbəsi müdiri Nailə Mürsəliyeva vəzifəsindən azad olunaraq, Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən