Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

 15:04 10.10.2022     169

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə ukraynalı diplomat feysbukda yazıb.

“Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarıq! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı törədilən son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün “neytral” ölkə yoxdur – təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!”, - o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanən ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qalıb. Partlayışlar Kiyev, Dnepr, Xmelnitsk, Jitomir və Lvovda baş verib. Kiyevə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Azərbaycanın Ukraynadakı səfirliyi raket hücumlarından narahat olduğunu bildirib: “Biz həlak olanların ailələrinə, həmçinin Ukrayna xalqına və hökumətinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını, Ukrayna xalqına isə əmin-amanlıq arzulayırıq”.