"Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi"
Ermənilər 30 ildirki ölkəmizə qarşı işğalçılıq siyasəti aparırlar. Ermənilərin bu işğalçılıq siyasəti onları geri dönüşü olmayan çıxmaz bir yola gətirib çıxardıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistan ordusu çıxış yolunu böyük şəhərlərimizə raket və toplarla atəş açmaqda gördü. Ermənistanın bu hərəkətləri belə onları təslim olmaqdan xilas edə bilmədi. Beləliklə 44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi ilə bitdi. Ermənistanın məğlub tərəf kimi kapitulyasiya aktına imza atmaqdan başqa çarəsi qalmadı.
İşğal olunmuş ərazilərdə çəkilən video və fotolara baxdıqca həmin ərazilərdə erməni vəhşiliyinin və vandalizminin şahidi oluruq. Bu görüntülər Ermənilərin necə faşist bir dövlət olduğunu açıq şəkildə göstərir. Qarabağın ən böyük rayonlarından biri olan Ağdam rayonu tamamilə dağıdılmış vəziyyətdə idi. Müharibədən sonra buraya gələn xarici jurnalist və ekspertlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Bu söz Ağdam üçün əbəs yerə deyilməyib. Çünki həqiqətəndə Ağdam rayonu tamamilə dağıdılmış vəziyyətdə idi. Hətta erməni vandalları dağıdılmış evlərin və abidələrin belə daşlarını oğurlamışdılar. Ağdamın Xirosimadan tək fərqi buradakı dağıntıların atom bombasının partlaması ilə deyil, məhz qonşumuz olan ermənilərin vandallığının nəticəsində baş verməsidir.
Bildiyimiz kimi, 05-06 Oktyabr 2022-ci il tarixində Ağdam şəhərində Milli Şəhərsalma Forumu keçirilmişdir. Forumda 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumda çıxışı zamanı Erməni vandallığı nəticəsində işğal olunmuş ərazilərdə infrastrukturun, tarixi və mədəni abidələrin, məscidlərin tamamilə dağıdıldığını və bütün bunlara baxmayaraq Beynəlxalq ictimaiyyətin Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdiyini qeyd edib. Həmçinin cənab Prezident çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərindən, insanların doğma topraqlarına geri qayıdışından danışaraq davamlı sülhün əldə edilməsi istiqamətində mühüm məsələlərə toxunub.
Ermənilərin bütün cəhdlərinə baxmayaraq biz bugün öz torpaqlarımıza öz gücümüzlə qayıtmışıq və öz gücümüz ilə bu gün işğaldan azad olunmuş ərazilərimizi yenidən bərpa edirik. Çox yaxın bir zamanda işğal nəticəsində öz torpaqlarından çıxmaq məcburiyyətində qalan soydaşlarımız hamısı tarixi torpaqlarına geri qayıdacaqdır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












