Deputat islam bankçılığının tətbiqinə çağırış etdi

 12:22 11.10.2022     287

"Bu gün bir çox müsəlman ölkələrində islam qaydaları ilə işləyən maliyyə qurumları, o cümlədən banklar var. Azərbaycanda isə bu sahə inkişaf etmir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Dindar şəxslərimiz faiz məsələsinə görə vəsaitlərini aparıb, islam bankçılığının olduğu ölkələrə yatırır. Nəticədə Azərbaycandan kapital axır", - deyə deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən