"Bu müddəalar qanunlarımıza ziddir” - Deputatdan ETİRAZ

 13:03 11.10.2022     504

“Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, fiziki şəxslərə münasibətdə də belə müddəa var.

“Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. “Media haqqında” qanuna da biz bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”, - deyə Q.Həsənquliyev bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən