Tədris Cərrahiyyə Klinikasına rəhbərlik türkiyəli mütəxəssisə tapşırıldı

 14:25 11.10.2022     343

Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

Bu barədə Redaktor.az-a ATU-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri əmr imzalayıb.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.

Vumart və Güvən reklamı Vumart Güvən