Jurnalist vəsiqəsinə görə 20 manat ödəniləcək

 15:04 11.10.2022     598

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək.

Redaktor.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qərara əsasən, vəsait dövlətin mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən