Azərbaycanlı müğənnini İstanbulda taksi sürücüsü döydü - FOTO

 15:29 11.10.2022     382

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsü tərəfindən döyülüb.

Redaktor.az "Habertürk"ə istinadən xəbərinə görə, hadisə Beyoğlunda qeydə alınıb.

İnsident Nərgiz Bağıyeva işdən evə qayıdarkən baş verib. Belə ki, taksi sürücüsü müğənninin avtomobilini ötmək istəyib. Nəticədə onun idarə etdiyi avtomobil azərbaycanlı müğənninin maşınına çırpılıb.

Nərgiz Bağıyeva taksini saxlatmağa çalışıb, daha sonra isə sürücünün hücumuna məruz qalıb. Taksi sürücüsü Nərgiz Bağıyevanın başını yolun kənarındakı metal baryerə vurub. Ağır kəllə-beyin travması alan müğənninin burnu qırılıb.

Nərgiz Bağıyeva hadisə ilə bağlı polisə müraciət edib.

2