Hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

 16:38 11.10.2022     506

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma işləri sürətlə davam edir. 30 illik işğal dövrü ərzində, tarixi torpaqlarımız vandalizmə və barbarlığa məruz qalmışdır. Ölkəmizin gücü və qüdrəti sayəsində həmin torpaqlara həyat yenidən qayıdır. Tarixi torpaqlarımızın yenidən canlandırılması və burada baş vermiş erməni barbarlığını dünyaya göstərilməsi baxımından bu ərazilərdə təşkil edilən beynəlxalq tədbirlərin xüsusi əhəmiyyəti var.

Prezident cənab İlham Əliyev  Ağdam şəhərində Milli Şəhərsalma forumunun açılış mərasmidəki çıxışında Ağdamın Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olduğunu, ermənilərin işğalı altında olduğu 30 il ərzində daşlarının bir-bir söküldüyünü, bütün binaların viran qoyulduğunu, daşların oğurlandığını və satıldığını qeyd edib. Həmçinin cənab Prezident Ermənilərin məsciddə donuz və inək saxladıqlarını və işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağıtdıqlarını forum iştirakçılarının diqqətinə çatdırıb.

Bugün işğaldan azad olunmuş ərazilərə gələn hərkəs həmin torpaqlarda ermənilərin törətdikləri vandalizmin və vəhşiliklərin şahidi olur. Vətən Müharibəsindən sonra minlərlə əcnəbi, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gəlib erməni vandallarının törətdikləri əməllərin şahidi olub. Ermənilərin barbarlığının və vandalizminin miqyasını görən hər kəs buradan fərqli təəsüratlarla ayrılır. Ağdama gələn xarici ekspertlər, jurnalistlər buranı  “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırıblar. Amma Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur.

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilib, yeni yarımstansiyalar inşa olunub. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

 Bəli indi biz qayıtmışıq, biz öz gücümüz ilə tarixi torpaqlarımıza geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən