Şuşada 30 ildən sonra İLK DƏFƏ

 21:17 11.10.2022     593

Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tviterdə məlumat yayıb.

Belə ki, iki gün ərzində Şuşada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunub. 30 ildən sonra ilk dəfə Şuşada çalışan vətəndaş Qəmbərov Ağahüseyn Nemət oğluna ilk notariat hərəkəti həyata keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən