MEDİA ilə Azərbaycan Mətbuat Şurası arasında memorandum İMZALANDI

 11:51 12.10.2022     126

Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Redaktor.az xəbər verir ki, sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.

Memorandumu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.

Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının əməkdaşlıq istiqamətləri də açıqlanıb. Bu barədə “Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası arasında əməkdaşlıq Memorandum”da qeyd edilib.

Bildirilib ki, bu Memorandum çərçivəsində “Tərəflər” “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq aşağıdakı məsələlərin həlli üzrə birgə hərəkət etmək barədə razılığa gəlirlər:

- cəmiyyətdə media savadlılığının artırılmasına dəstək göstərmək məqsədilə layihələr hazırlamaq və onları icra etmək;

- jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması üçün tədbirlər görmək;

- media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsi və jurnalistlərin peşəkarlığının artırılmasına dəstək məqsədilə layihələr hazırlamaq və onları icra etmək;

- mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlər həyata keçirmək;

- Media Reyestrinin aparılması zamanı Agentliyi zəruri informasiya və rəylərlə təmin etmək;

- Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görmək;

- “Tərəflər”in hər biri üçün qarşılıqlı maraq doğuran informasiya mübadiləsini həyata keçirmək (APA).

MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb - MƏTN  - FOTO

#

Yetər Kərimli