Şəhidin xatirəsi Ağsuda anıldı - FOTO

 16:04 12.10.2022     168

Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən 44 Günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan şəhid Cəfərov Sübhan Mehman oğlunun anım günü Ağsu rayonunda qeyd edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının Sədr müavini Altun Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Aqşin Xancanov, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları şəhid Cəfərov Sübhan Mehman oğlunun Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Sübhan Cəfərovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sübhan Mehman oğlu Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda minlərlə gənc kimi, o da hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə getmək istədiyini bildimişdi. Döyüşlərin ikinci günü ön cəbhədə erməni işğalçılarına qarşı savaşa atıldı. Vətəni sevən bir gənc kimi igidliklə vuruşdu, torpaqlarımıza xaincəsinə soxulan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Oktyabrın 10-da isə Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid oldu. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Tunar Altunbəy

22222222