"Azəriqaz" Sumqayıtda sahibkarlarla görüş keçirdi

 22:32 12.10.2022     449

"Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri Sumqayıt şəhərində sahibkarlarla görüş keçiriblər.

Redaktor.az xəbər verir ki, aksiyaya üz tutan Fuad Cabbarov və Füzuli Cabbarovun müraciətləri eyni yönümlü olub. Onlar qaz xəttinin çəkilməsi ilə bağlı xahiş ediblər.

Çıxış edən digər sahibkarlıq subyektləri də qaz təsərrüfatına dair problem və təkliflərini səsləndiriblər. Ünvanlanan hər bir müraciət

Birliyin rəhbər şəxsləri tərəfindən cavablandırılıb, lazımi izahatlar verilib.

Məlumat üçün bildirək ki, görüşdə birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.