“Azərsu” ASC-nin rəhbəri vətəndaşları qəbul etdi - FOTO

 13:25 13.10.2022     312

“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov oktyabrın 12-də Mingəçevir və Yevlax rayonundan olan vətəndaşları qəbul edib.

Redaktor.az bu barədə “Azərsu” ASC-yə istinadən məlumat verir.

Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 61 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.





 Bizi Telegramda izləyin

2