Peyvəndlənmə ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.