“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

 17:13 13.10.2022     629

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 14 oktyabr saat 11:00-da başlayacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Bildirilib ki, hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Vumart və Güvən reklamı Vumart Güvən