Azərbaycanda tanınmış alim vəfat etdi

 13:38 14.10.2022     907

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əməkdar müəllim Şükür Həmid oğlu Əlizadə dünyasını dəyişib.

Bu barədə Redaktor.az-a ADPU-dan məlumat verilib.

Bildirilib ki, professor 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Əlizadə 25 oktyabr 1940-cı il Lənkəran rayonunun Viyən kəndində anadan olub.