Bakıda partlayışda yaralanan gənc vəfat etdi

 20:38 14.10.2022     315

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında oktyabrın 9-da baş vermiş partlayışda yaralanan Toğrul Əliyev dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildirib.

Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.