Sürücülərin nəzərinə - Problemli dairə ilə bağlı xəbər var - VİDEO

 19:00 15.10.2022     577

Bakı-Sumqayıt yolunda “Vaz”ın dairəsi adlanan ərazidə nəqliyyatın hərəkət sxemində dəyişiklik edilir. 

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Bildirilib ki, bir müddət əvvəl Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə müraciət yayıblar. 

Məlumatlara görə, artıq yolda geriyə dönmək üçün yeni yolayrıcı qurulur. 

Bildirilib ki, bu dəyişikliklə avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər. 

 

Vumart və Güvən reklamı Vumart Güvən