"Magistral su kəmərində baş verən qəza ilə bağlı işlər davam edir “Azərsu”

 16:14 16.10.2022     498

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.

Bir qədər əvvəl FHN-dən verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən