“Bu gün cavan qızlarımız inək sağa bilmir” – Deputat

 11:35 17.10.2022     388

"Bu gün kəndlərimizdə cavan qızlar inək sağa, cavan oğlanlar su sulaya bilmirlər...".

Redaktor.az xəbər verir ki, bunu Space TV-nin efirində yayımlanan "Qarışıq gündəm" verilişində millət vəkili Tahir Rzayev deyib.

Gənclərin ali təhsil almasından danışan T. Rzayev bunları da vurğulayıb:

"Gələcəyi, savadı, təşəbbüskarlığı olan-olmayan hər kəs istəyir ki, ali təhsil alsın. Hamı istəyir, ali təhsil dalınca qaçsın və az bir balla universitetə qəbul olur. 3-4 il oxuyandan sonra diplom alır, amma zəhmətə getmək onun üçün utancaqlıq hesab olunur. Deyir ki, mən ali təhsilliyəm, niyə gedib bərbər olmalıyam, yer sulamalıyam, pambıq əkməliyəm?! Bəlkə də məni yenə qınayacaqlar, bunu əvvəl də demişəm haqqımda tənqidi yazıblar. Bu gün bizim kəndlərimizdə cavan qızlar inək sağa bilmirlər, cavan oğlanlar su sulaya bilmirlər..." (Bakupost.az).