Bu gün 3 rayonda qaz KƏSİLƏCƏK -YENİLƏNİB

 08:21 18.10.2022     996

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində planlı təmir işləri ilə əlaqədar, 18.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən  qaz təchizatının dayandırılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən