Sumqayıtda 250 abonentin qaz təchizatı yaxşılaşdırılır - VİDEO
Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində istismar müddəti başa çatan, habelə vətəndaşlar tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri yenilənir.
"Azəriqaz" İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, vahid küçə xəttinin çəkilməsi abonentlərin daha dayanıqlı təbii qazla təmin olunmalarına şərait yaradacaq.
Görülən işlər çərçivəsində 250 abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
Daha ətraflı:












