Ağsuda Vətən müharibəsi şəhidinin xatirəsi yad edildi - FOTO

 18:02 18.10.2022     851

Oktyabrın 18-də 44 Günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhraman oğullarımızdan İbişov Vüsal Əli oğlu və Nəcəfov Fərid Fərman oğlunun anım günlü Ağsu rayonunda qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları şəhid İbişov Vüsal Əli oğlunun və şəhid Nəcəfov Fərid Fərman oğlunun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhlarına dualar oxudular. Tədbirdə çıxış edənlər şəhid Nəcəfov Fərid Fərman oğlunun və şəhid İbişov Vüsal Əli oğlunun keçdikləri şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şəhid İbişov Vüsal Əli 16 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub. İbişov Vüsal Əli oğlu Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Nəcəfov Fərid Fərman oğlu 10 Oktyabr 2020-ci ildə Goranboy rayonu, Gülüstan kəndi istiqamətində gedən qızğın döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Nəcəfov Fərid Fərman oğlu "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Tunar Altunbay

 

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən