Deputat siniflərdə şagird sıxlığından şikayətləndi - VİDEO

 20:00 18.10.2022     213

“Bir sinifdə 40-50 nəfər oturubsa, o təhsildə keyfiyyətdən danışmaq çox çətindir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Rauf Əliyev siniflərdə şagird sıxlığından şikayətlənərkən deyib.

Millət vəkili aidiyyəti qurumlara müraciət edərək, problemi aradan qaldırmaq üçün növbəti ildən məktəblərdə yeni korpusların tikilməsini təklif edib.

Ətraflı videonu təqdim edirik: