"Uşaqların əksəriyyəti 5 saatını internetdə keçirir" - Professor

"Bizi ən çox narahat etməli olan məsələ uşaqların internetdən istifadəsinin kütləviliyi olmalıdır. Bu gün yetkinlik yaşına çatmayan uşaqların əksər hissəsi asudə vaxtlarını internetdə keçirirlər".
Redaktor.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.
"Uşaqların əksəriyyəti 5 saatını internetdə keçirir. Bu, ciddi narahatlıq doğurur. Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur. Qızlar asudə vaxtlarını kitab oxumaqla, oğlanlar isə idmanla məşğul olmaqla keçirir", - deyə o, bildirib.
Nərmin VÜQARQIZI