"Məzahir Pənahova deyin, kağız-kuğuzu korlamasın, bizim prezidentimiz həmişəlik seçilib" - VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüb.
Redaktor.az xəbər verir ki, görüş zamanı dövlət başçısı ilə Ağalı sakinlərindən biri arasında maraqlı dialoq olub.
Həmin dialoqu təqdim edirik:
Kişi sakin: "Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib".
Prezident İlham Əliyev: Onu özünüz deyərsiniz ona.
Kişi sakin: Tapmıram axı, onu.
Prezident İlham Əliyev: Çox sağ ol.