Karantin rejimi ləğv edilə bilər? - İnfeksionist: "Quru sərhədlər açılarsa...”

 14:58 20.10.2022     458

“Azərbaycanda pandemiya ilə bağlı vəziyyət hal-hazırda sabitdir. Amma Avropada müəyyən artımlar var. Ona görə də bizdə də havalar soyuduqca bir qədər artımların olacağı gözləniləndir. Lakin təbii ki, artıq əvvəlki kimi düşünmürük".

Bunu Redaktor.az-a infeksionist Mərdan Əliyev deyib.

"Payız mövsümündə pandemiyanın alovlanacağını gözləyirdik, amma indi hal-hazırda daha yumşaq, mülayim getməsi gözlənilir. Yəni əlbəttə ki, bu, hər hansı bir məhdudlaşdırmalara səbəb olmayacaq və karantin qaydalarının sərtləşdirilməsi gözlənilmir”.

Noyabrın 1-dən ölkəmizdə karantin rejiminin ləğv edilməsi və quru sərhədlərin açılıb-açılmayacağına gəlincə, infeksionist bildirdi ki, sərhədlərin bu günə qədər açılmamasında başqa səbəblər də ola bilər:

“Hər halda bəlkə virusun tam bitməsi gözlənilir ki, sonra sərhədlər açılsın. Amma sərhədlərin açılması ilə bağlı epidemioloji baxımdan problem görünmür”.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən