Ağsuda Vətən müharibəsi şəhidləri anıldı - FOTO

 18:13 20.10.2022     336

Bu gün Ağsu rayonunda torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən Vətən Müharibəsi döyüşlərində şəhidlik zirvəsinə ucalan  İlkin Nurəddin oğlu Zülfüqarov və Elmir Aqil oğlu Süleymanlının xatirələri qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon və kənd sakinləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları şəhid Zülfüqarov İlkin Nurəddin oğlunun və şəhid Süleymanlı Elmir Aqil oğlunun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhlarına dualar oxudular. Tədbirdə çıxış edənlər şəhid Zülfüqarov İlkin Nurəddin oğlunun və şəhid Süleymanlı Elmir Aqil oğlunun keçdikləri şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şəhid İlkin Zülfüqarov 08 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni,  "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər şəhid Elmir Süleymanlı isı  20 Oktyabr 2020-ci tarixdə Hadrut uğrunda gedən döyüşlərdə şəhidliyə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Süleymanlı Elmir Aqil oğlu ölümündən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Tunar Altunbay

 

2222
Vumart və Güvən reklamı Vumart Güvən