"Allaha şükür vəziyyətimiz yaxşıdır" - Binəli Yıldırım

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qarabağda qəzaya düşməsi ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.
B.Yıldırım Azərbaycana səfəri zamanı qəza keçirdiyini, profilaktika məqsədi ilə xəstəxanaya yerləşdiyini bildirib.
"Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır".