Zəngilanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımla bağlı yeni AÇIQLAMA
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.
Xatırladaq ki, Binəli Yıldırım və Şamil Ayrım dünən Zəngilanda qəzaya düşüblər.












