“Qurban və Ramazan bayramları türkdilli ölkələrin hamısında eyni gündə keçirilsin” - Deputat

 13:11 21.10.2022     350

“Qurban və Ramazan bayramları və digər xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə yaxşı olar”.

Redaktor.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputatın fikrincə, türkdilli xalqlar bütün sahələrdə olduğu kimi, dini sahədə də bu addımları həyata keçirməlidir.