Zəngilanda qəzaya düşən Türkiyə rəsmiləri yola SALINDI

 13:56 21.10.2022     169

"AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb".

Redaktor.az xəbər verir ki,bunu Türkiyə səfiri Cahit Baxçı tviterdə yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

"Cənab Prezident İlham Əliyev cənab Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”.

Səfir hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.