İlham Əliyevdən Şuşa şəhəri barədə yeni FƏRMAN

 14:27 21.10.2022     426

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Fərmana dəyişikliklə Müşahidə Şurası sədr də daxil olmaqla 5 üzvdən ibarət olacaq.

Müşahidə Şurasının sədri

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Prezidentin imzaladığı fərmanla həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yaradılan Müşahidə Şurasının vəzifələri də müəyyənləşib.

Fərmanla Şuranın vəzifələri aşağıdakılardır:

1. Təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

2. İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

3. İdarənin fəaliyyətinə nəzarət etmək;

4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

5. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

10. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

11. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

13. İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

14. İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

15. Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vumart və Güvən reklamı Vumart Güvən