Vətən müharibəsi şəhidimiz Ağsuda anıldı - FOTO

 19:54 21.10.2022     339

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 Günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan şəhid Mirzəyev İbad Mənsur oğlunun anım günü Ağsu rayonu Kəndoba kəndində qeyd edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Mirzəyev İbad Mənsur oğlunun oğlunun Kəndoba kənd qəbristanlığında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid İbad Mirzəyevin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mirzəyev İbad Mənsur oğlu 25.04.1999-cu ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətini Murovdağ kimi çətin dağlıq relyefi olan ərazidə şərəflə başa vurur. Sentyabrın 27-də müharibə başlayanda İbad da könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə fədakarlığı ilə seçilib. 20 oktyabr 2020-ci ildə Füzulinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. İbad Mirzəyev oktyabrın 21-də Ağsunun Kəndoba kənd qəbiristanlığında torpağa tapşırılıb. Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tunar Altunbay

22222
Vumart və Güvən reklamı Vumart Güvən