Azərbaycan regional gücə çevrilib -BMT rəsmisi

 13:43 22.10.2022     164

"Mən 1995-1997-ci illərdə Azərbaycan çalışmışam. Birinci Qarabağ müharibəsinin humanitar problemlərinin şahidi oldum. Bu problemlərin həll olunması istiqamətində Azərbaycan və BMT bir yerdə işlədi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso söyləyib.

"2019-cu ildə mən yenidən Azərbaycana geri döndüm və çox böyük bir inkişafın şahidi oldum. İqtisadiyyat və insan kapitalı xeyli inkişaf edib. Bu inkişaf sahəsində Azərbaycan regional gücə çevrilib", - Guido Ambroso deyib.