Daha 4 rayonda "Açıq mikrofon" qurulacaq - FOTO

 14:53 22.10.2022     318

Növbəti həftə (oktyabrın 24-26 və 28 tarixləri) daha 4 rayonda “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Birlikdən Redaktor.az-a bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 2-ci günü saat 15:00-dan 16:00-dək Tovuz rayonunda (Qovlar şəhəri, Gənclər Evi), 3-cü günü saat 11:00-dan 12:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

4 rayonda

Vumart və Güvən reklamı Vumart Güvən