Sürücülərə daha bir Xəbərdarlıq

 20:26 22.10.2022     508

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 23-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Giləzi-Xızı, Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Vumart və Güvən reklamı Vumart Güvən