Bakıdan Naxçıvana uçan təyyarə nasazlıq səbəbindən yarıyoldan geri döndü

 20:30 23.10.2022     184

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi nasazlıq səbəbindən eniş edib.

Bu barədə Redaktor.az-a “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.