ANAMA-dan vətəndaşlara növbəti  XƏBƏRDARLIQ

 20:15 23.10.2022     281

Xəbər verdiyimiz kimi, Tərtər rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, 2022-ci 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Məlumata əsasən mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Vumart və Güvən reklamı Vumart Güvən