Azərbaycanda gələn il mətbuata ayrılacaq vəsait açıqlandı

 11:19 25.10.2022     110

Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.