Güclü külək və yağış bu rayonu işıqsız qoydu

 15:31 25.10.2022     294

Son günlər ölkə ərazisində müşahidə olunan güclü külək və yağış Biləsuvar rayonunda transformatorda problemlər yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib.

Belə ki, bu gün şəhərin mərkəzi hissəsi işıqsız qalıb və şəhər ərazisində iki saata yaxın elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Şəbəkədən o da deyilib ki, güclü külək və yağış ilə əlaqədar olaraq transformatorda təmirə ehtiyac yaranıb.

Qeyd olunub ki, artıq transformatordakı təmir işləri yekunlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən