“Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandıracaq

Oktyabr ayının 26-da saat 15:00-da feysbuk və instaqram (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə Redaktor.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət etmək mümkündür.