Rusiyada zavod PARTLADI

 16:43 25.10.2022     378

Rusiyanın Volqoqrad vilayətinin Krasnoarmeysk rayonunda alüminium radiatorlar istehsal edən zavodda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlkin məlumata görə, alüminium tozunun səbəb olduğu partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Sözügedən rayonunun prokuroru Aleksandr Bondarenko yerli mətbuata bidirib ki, artıq əməyin mühafizəsi qaydalarının pozulması ittihamı ilə cinayət işi aşılıb.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən