Milli Qəhrəman dəfn edildi - FOTO

 14:27 26.10.2022     1244

Azərbaycanın Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.

Redaktor.az xəbər verir ki, mərhum Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Milli Qəhrəmanın dəfn mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında vəfat edib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən