Goranboyda yol polisindən özbaşınalıq - Vilayət Eyvazova müraciət olundu

 16:56 26.10.2022     1603

Bakı Qazax magistral yolunun 312 ci kilometrliyində Goranboy rayon Goran ərazisi körpünün yaxınlığında 10 ilə yaxındır Təhlükəsizlik Kamerası quraşdırılıb. Həmin ərazidən illərdir avtomobillər geriyə hərəkət edərək körpünün altından dönmə edərək Naftalan, Tərtər istiqamətinə gedirlər. Bakı istiqamətinə gedən yolun kənarında avtomobil ehtiyyat hissələri, mebel, yanacaqdoldurma məntəqələri yerləşir.

Goranboy rayon sakinlərinin Redaktor.az-a verdiyi məlumata görə, həmin obyektlərdən geriyə qayıdan sürücülər illərdir oradan hərəkət etsə də,cərimə, hər hansı polis müdaxiləsi olmayıb.

Təxminən bir aydır Goranboy rayon Goran ərazisindəki kamera BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımının (Yevlax postu) əməkdaşları İXM 327.4 maddəsi ilə 100 manat məbləğində cərimə yazırlar. Həmin ərazidə avtomobillər geriyə hərəkət etmək məcbur qaldıqlarından, digər avtomobillər üçün daha böyük təhlükə yaradırlar. Ərazidə hərəkət edən sürücülər belə vəziyyətdən, qanunsuz cərimələrdən bezdiklərini bildiriblər.

Qeyd edək ki, ərazidə hərəkəti qadağan edən yol nişanı körpüdən xeyli uzaqda qoyulub. Yazılan cərimələr isə həmin nişandan qabaqda yazılır. Burada qaydalar pozulur. Sürücülər daxili işlər naziri Vilayət Eyvazovdan məsələnin həlli istiqamətdə yardımçı olmasını istəyirlər. BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımının (Yevlax postu) əməkdaşlarının özbaşınalıqlarına son qoyulması tələb olunur.

Vumart və Güvən reklamı Vumart Güvən